torpaqların monitorinqi

Torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və onların təsiri nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə uzunmüddətli müşahidə-nəzarət sistemindən ibarətdir

torpaq yatağı
torpaqların zonalaşdırılması
OBASTAN VİKİ
Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). == Torpaq monitorinq == Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır. Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir. == Torpaq çirklənməsi == Torpağı çirkləndirən yalnız gübrələr deyil.
Torpaqların ekologiyası
Torpaqların ekologiyası- kənd təsərrüfatı ekologiyasının bölməsi; torpaqdan istifadə şəraitini təyin edən təbii faktorları öyrənir. Torpaqların ekologiyası təbiətin mühafizəsi fəaliyyəti ilə sıx bağlıdır. Bu termini L.Q. Ramenski (1938) təklif etmişdir. == Torpaqların ekoloji mübitlik modeli == Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir.
Torpaqların ekocoğrafi problemləri
Azərbaycanın torpaq örtüyü çox müxtəlif və rəngarəngdir. Torpaq növlərinin müxtəlifliyinə görə bura dünyanın ən zəngin güşələrindən biridir. Bütün əsas torpaq tipləri coğrafi yayılmasına görə şaquli zonallığa tabedir. Respublikanın torpaq xəritəsində 90-a qədər torpaq tipi və yarımtipi göstərilmişdir. Yüksək dağlıqdan Kür-Araz ovalığına və Xəzər dənizinə kimi olan ərazidə aşağıdakı torpaqlar yayılmışdır: dağ-tundra, dağ-çəmən, qonur-dağ meşə, qəhvəyi-dağ meşə, dağ-qara torpaqlar, boz-qəhvəyi (şabalıdı), sarı, boz və boz-qonur çəmən torpaqları, şoranlar, şorakət və s. torpaqlar. Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln.
Səhralaşmış ekosistemlərin monitorinqi
Səhralaşmış ekosistemlərin monitorinqi — Monitorinqin bir növüdür == Ümumi məlumat == Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddə və enerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır.
Ətraf mühitin monitorinqi
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. == Ekosistemdə monitorinq == Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır:Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. == Monitorinqin növləri == Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.
Çirklənmiş torpaqların monitorinq növləri
Çirklənmiş torpaqların monitorinq növləri- spesifik torpaq-ekoloji monitorinqin növləri == Giriş == Nəzarət edilən mühitin tipinə görə, çirkləndirici maddələrin yayılma mexanizmi və məsafəsinə görə torpaqların çirklənməsinin ekoloji monitorinq növlərini ayırırlar. Təbii mühitin spesifik xüsusiyyətləri ilə əlaqədar olaraq biotik və abiotik monitorinq fərqləndirilir (Y.A.İzrael, 1984). Çirkləndirici maddələrin yayılma qanunauyğunluğuna müvafiq olaraq monitorinq-lokal, regional və qlobal səviyyələrə ayrılır(İ.P.Qerasimov, 1975). == Lokal monitorinq == Sanitar-gigiyena və ya impakt monitorinq də adlandırılır. Torpaqların sanitar vəziyyəti dedikdə, yoluxma və gigiyena cəhətdən torpaqların keyfiyyətini və təhlükəsizlik dərəcəsini müəyyən edən fiziki-kimyəvi və bioloji xassələrinin məcmusu başa düşülür. O, konkret müəssisələrin tulladığı çirkləndirici maddələrin ətraf mühitdə miqdarına nəzarət edilməsinə yönəldilmişdir. Birinci növbədə real şəraitdə həmin çirkləndirici maddələrə daha çox həssas olan təbii mühitə nəzarət edilir. Əgər tullantılar suya atılırsa-suların nəzarəti, atmosferə atılırsa-havanın nəzarəti aparılır. Ətraf mühitin hər hansı bir çirklənmə halında torpaqlar analiz olunur. Çirkləndirici maddələrlə əlaqədar olan, istər ekoloji təhlükənin əvvəlcədən müəyyən edilməsi, istərsə də onların toplanma qanunauyğunluğunun üzə çıxarılması çox mühümdür.
Maliyyə Monitorinqi Xidməti (Azərbaycan)
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (PL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır. == Tarix == 10 fevral 2009-cu il tarixində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 767-IIIQ saylı Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir. 25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir. 24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb. == Məqsəd == Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir: Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, vahid tənzimləməni həyata keçirmək, siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək; Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək; Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək vermək. == MMX-nin idarə olunması == MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və ya qısaca SMDT — Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının və demokratik dəyərlərin uca tutulması, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. == Tarixi == SMDT, 24 iyul 2001-ci ildə təsis olunmuş Seçkilərin Monitorinq Mərkəzinin (SMM) qeydiyyatı 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edildikdən sonra SMM-in təsisçiləri və üzvləri tərəfindən yenidən təsis edilib. 2021-ci ildə bu iş üzrə qərar qəbul edən Avropa İnsan Hüquqları Məhkəməsi SMM-in qeydiyyatının ləğvini qanunsuz hesab edib.9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra SMDT siyasi təzyiqlərə məruz qalaraq uzun müddət öz hüquqlarının müdafiəsi ilə məşğul oldu. Belə ki, 27 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun başladığı cinayət işi əsasında əvvəlcə SMDT-nin Bakı şəhərində yerləşən ofisində axtarış aparıldı. Axtarışdan sonra SMDT-nin bütün maliyyə və proqram sənədləri, o cümlədən seçki müşahidəçiliyinə dair anketlər və səsvermə protokolları, kompüter və CD-lər müsadirə olunub. SMDT rəhbərliyində təmsil olunan Anar Məmmədli və Bəşir Süleymanov həbs həyatı yaşayıblar. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi "Anar Məmmədli Azərbaycana qarşı" işində Azərbaycan hökumətini konvensiyada nəzərdə tutulmayan məqsədlərlə, yəni siyasi rəqiblərin susdurulması üçün cinayət-ədalət sistemindən sui-istifadə etməkdə günahkar bilib. == Fəaliyyəti == SMDT öz hədəf və məqsədləri naminə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur: Seçki prosesinin tərəfsiz və peşəkar monitorinqi Vətəndaşların siyasi hüquqlarının müdafiəsi Seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım Vətəndaşların idarəetmədə iştirak üzrə bacarıqlarının artırılması Seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılmasıSMM 2001–2008-ci illərdə Azərbaycanda keçirilən referendum (24 avqust 2002-ci il), prezident (15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il), bələdiyyə (17 dekabr 2004-cü il) və parlament (6 noyabr 2005-ci il) seçkilərini, o cümlədən əlavə və təkrar parlament seçkilərini müşahidə edib. 2008-ci ildən sonra SMDT kimi faəliyyət göstərən təşkilat isə müvafiq olaraq 2015 və 2020-ci illərdə keçirilən parlament, 2018-ci il keçirilən prezident və 2019-cu ildəki bələdiyyə seçkilərini müşahidə edib. SMDT 2005–2013-cü illərdə Azərbaycan Respublikasının 10 bölgəsində – Bakı, Beylaqan, Mingəçevir, Naxçıvan, Sumqayıt, Gəncə, Cəlilabad, Şəki, Göyçay və Qubada fəaliyyət göstərən filial və nümayəndəliklərə malik olub.Bununla yanaşı SMDT (SMM) vətəndaşlara siyasi azadlıqların – seçki hüququ, müraciət hüququ, sərbəst toplaşmaq və birləşmək azadlığının tədrisi, vətəndaşların dövlət idarəçiliyində iştirakı, yerli və mərkəzi idarə orqanlarının hesabatlılığının artırılması və siyasi azadlıqların müdafiəsi yönündə proqramlar həyata keçirib.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.
мака́льный нобилите́т огра́нивать поплаво́к радиопеленга́тор с хру́стом теори́чность терма́льный уте́риваться флейц эстра́да линчева́ть продолжа́тель сложносокращённый табели́роваться кожа свясло coronae ebrious El Salvador roofage инспиратор исполниться трактат фтизиатрия